• Bakı 24° C

    5.03 m/s

Bakıda səfirin avtomobili qəzaya düşdü

HADİSƏ

05 Fevral 2022 | 13:50 | Müəllif: Subhan Mahmudov

Bakıda səfirin avtomobili qəzaya düşdü

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb.

Məlumata görə, Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026