"Neftçi" futbolçusu Qodsvey Donyonu Kiprin "Apollon" (Limassol) komandasına satıb.
Bakıvaxtı.az xəbər verir ki, Limassol təmsilçisi ilə danışıqlar uğurla başa çatdırılıb.
Qeyd edək ki, qanalı hücumçu 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub. /Report
15:16
"Neftçi"nin futbolçusu Qodsvey Donyonun Kiprin "Apollon" (Limassol) komandasına keçidi rəsmiləşib.
Bakıvaxtı.az xəbər bu barədə Limassol klubunun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 29 yaşlı hücumçunun transferinə dair "ağ-qaralar"la ilkin razılıq əldə olunub.
Təcrübəli forvard "Apollon"la 2025-ci ilin yayınadək müqavilə imzalayacaq. Transferin digər detalları bəlli deyil.
Qeyd edək ki, Qodsvey Donyo ötən il "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.
09:02
"Neftçi"nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirməyə çox yaxındır.
Bakıvaxtı.az xəbər verir ki, "Apollon" (Limassol) klubu 29 yaşlı hücumçu ilə anlaşıb.
Limassol təmsilçisinin Donyo üçün "Neftçi"nin maliyyə tələblərini ödədiyi bildirilib.
Gözlənilməz bir şey baş verməsə, qanalı oyunçu Kiprə gedəcək və rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Qodsvey Donyo ötən il "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.
















