• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dövlət Agentliyi ittihamlara cavab verdi: "​​​​​​​Xəttə kənar müdaxilə ilə çirkab suları axıdılır"

CƏMİYYƏT

02 Iyun 2021 | 20:34

Dövlət Agentliyi ittihamlara cavab verdi: "​​​​​​​Xəttə kənar müdaxilə ilə çirkab suları axıdılır"


Bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-ə məxsus boru vasitəsilə çirkab suyun dənizə axıdılması ilə bağlı kifayət qədər dolğun olmayan və agentliyin nüfuzuna xələl gətirən məlumat yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, agentliyin çirkab suların formalaşmasına gətirib çıxara biləcək və bu suların təmizlənmədən axıdılmasına səbəb ola biləcək heç bir təsərrüfat sahəsi mövcud deyil.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin qeyd etdiyi ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nasosxana fəaliyyət göstərir. Sözügedən nasosxana 2013-cü ildə Buzovna-Mərdəkan-Şüvəlan-Qala avtomobil yolunda inşa edilib. Məqsəd sözügedən yol üzərində yerləşən yol qovşağında formalaşan qrunt və yağış sularını drenaj vasitəsilə nasosxananın su anbarına yığmaqdır. Anbara yığılan su qrunt və yağış suları olduğu üçün əlavə təmizlənməsinə gərək olmadan oradan isə 4715 p/m uzunluğa malik boru vasitəsilə dənizə axıdılır. 

Lakin son vaxtlar sözügedən xəttə kənar müdaxilə ilə çirkab suların axıdılması müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, kənar müdaxilə çirkab suları xüsusi maşınlar vasitəsilə fərdi yaşayış evlərindən çəkərək daşıyan bəzi sürücülər tərəfindən edilir. Belə ki, həmin sürücülər tərəfindən çirkab suları qrunt və yağış suları üçün nəzərdə tutulmuş sözügedən drenaj xətlərinə axıdılır. 

Artıq drenaj xəttinə müdaxilə olunan nöqtə aşkar edilib və agentlik tərəfindən həmin ərazi nəzarətə götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026