Vətəndaş Bektaşi Həbibə Mədət qızı ona məxsus torpaq sahəsi dövlət ehtiyacı üçün alındığı, amma kompensasiya tam ödənilmədiyini iddia edir.
Bu barədə Bakıvaxtı.az-a vətəndaşın özü bildirib.
O qeyd edib ki, “Xocasən” elektrik deposunun tikintisi ilə əlaqədar olaraq ona məxsus Binəqədi rayonu, Xocasən-Lökbatan yolunun şərq hissəsində yerləşən 600 kavdratmetr torpaq sahəsi dövlət ehtiyacları üçün alınıb.
“2013-cü ilin avqust ayında “Bakı Metropoliteni” QSC-nin Tikilən Bakı Metropoliteni Müdriyyəti “Xocasən” elektrik deposunun tikinti sahəsinə düşən H.Bektaşiyə məxsus torpaq sahəsi bazar dəyəri ilə qiymətləndirilib. 6 sot torpaq sahəsi üçün 36000 manat kompensasiya məbləği müəyyən edilib. Amma nəzərdə tutulan kompensasiya ödənilməyib”, - deyə H.Bektaşi bildirib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bakıvaxtı.az-a açıqlama verilib: “Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, məsələyə aidiyyəti üzrə baxılıb. Həbibə Bektaşi tərəfindən 05.07.2016-cı il tarixli, 2-1(81) 2614/2016 nömrəli məktubla Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılıb. Məhkəmənin 26.07.2016-cı il tarixli qüvvəyə minmiş Qərardadı ilə iddiaçı Həbibə Bektaşinın iddiası təmin olunmayıb”.
Ramid İbrahimov
















