• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət İmtahan Mərkəzi Aİ ilə layihəyə başlayır

CƏMİYYƏT

14 Iyul 2022 | 10:48 | Müəllif: Qalib İbrahimoğlu

Dövlət İmtahan Mərkəzi Aİ ilə layihəyə başlayır

Dövlət İmtahan Mərkəzi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" texniki yardım layihəsinin rəsmi açılışı ilə bağlı tədbir keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsinin rəsmi açılış tədbiri 14 iyul 2022-ci il tarixində baş tutub. Tədbirdə bir sıra dövlət və özəl qurumların rəhbər şəxsləri, Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri və nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihənin dövlət qulluğu sistemindəki islahatlara verəcəyi töhfələr, DİM-in dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsi, davamlı peşəkar inkişaf və fərdi karyeranın planlaşdırılması üzrə imkanlarını necə inkişaf etdirəcəyinə dair məlumat verib.

O, DİM ilə Avropa İttifaqı arasındakı digər əməkdaşlıq layihələrindən də söhbət açıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026