• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

41 dərəcə isti olacaq - BU GÜNÜN HAVASI

CƏMİYYƏT

13 Avqust 2022 | 08:35

41 dərəcə isti olacaq - BU GÜNÜN HAVASI

Bu gün Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir, şimal-şərq küləyi əsəcək.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.


SON XƏBƏRLƏR

01 May 2024