• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dövlət Komitəsi məktəblilərin intiharı hallarına münasibət bildirdi

CƏMİYYƏT

10 May 2022 | 12:27

Dövlət Komitəsi məktəblilərin intiharı hallarına münasibət bildirdi

"Bu məsələ gündəlik sosial və ənənəvi mediada davamlı müzakirə olunacaq məsələ deyil, peşəkarlıq tələb edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, bu cür hallar müvafiq dövlət orqanlarının nəzarəti altındadır: "Əlbəttə ki, bu cür hadisələr bizim hər birimizi üzərək narahat edir. Ailələrimizdə olan durum, uşaq və yeniyetmələrin vəziyyəti və rastlaşdıqları problemlər bizim diqqətimiz altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlayaq. Çünki yeniyetməlik dövrünü hamımız yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu məsələlərə həssaslıqla yanaşmaq lazımdır. Müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyir. Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026