• Bakı 20° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Döyüşçünün arvadını və qızını öldürüb evi yandırdılar

İDMAN

07 Iyun 2025 | 18:22

Döyüşçünün arvadını və qızını öldürüb evi yandırdılar

Belçikada naməlum şəxslər Ukraynadan olan ana və qızı bıçaqlayaraq öldürüb, sonra isə evlərini yandırıblar.

Bakıvaxtı.az bildirir ki, hadisə Flaman Brabantı şəhərinin Hasrode kəndində baş verib. Yanğından sonra Leuven şəhər məhkəməsi ikiqat qətllə bağlı istintaqa başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ukraynalı ailədən olan 46 yaşlı ana və onun 6 yaşlı qızı öz evlərində ölü tapılıb.

Hər iki meyitdə bıçaq xəsarətləri olduğu və evdə yanğının qəsdən törədildiyi bildirilib. Xilasedicilər gələnə qədər qadın artıq ölmüşdü, qızını reanimasiya etməyə çalışsalar da, nəticəsi olmayıb. Mərhumun oğlunun həmin vaxt məktəbdə olduğu məlum olub.

Ailə 2022-ci ildən Belçikada yaşayır. Məlumata görə, mərhumun əri hazırda cəbhədə və Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşür.


SON XƏBƏRLƏR