• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

DSX-nin çavuşu 3 xidmət yoldaşını ÖLDÜRDÜ - RƏSMİ

HADİSƏ

02 Yanvar 2022 | 20:47 | Müəllif: Subhan Mahmudov

DSX-nin çavuşu 3 xidmət yoldaşını ÖLDÜRDÜ - RƏSMİ

Bu gün saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda baş çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR