• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Duqinanın ölümü ilə bağlı ittihamlara Ukraynadan CAVAB

DÜNYA

23 Avqust 2022 | 09:13 | Müəllif: Subhan Mahmudov

Duqinanın ölümü ilə bağlı ittihamlara Ukraynadan CAVAB

"Rusiya jurnalisti Daria Duqinanın avtomobilinin partladılmasının arxasında Rusiya xüsusi xidmət orqanları dayanır. Ukraynanın bununla heç bir əlaqəsi yoxdur".

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Biz bu şəkildə işləmirik. Bizim oğlan və qızlarımızın yerinə yetirdiyi daha güclü tapşırıqlarımız var. Bizim o xanımın avtomobilinin partladılması ilə heç bir əlaqəmiz yoxdur. Bu, Rusiya xüsusi xidmət orqanlarının işidir", - deyə o bildirib.

Danilov qeyd edib ki, Aleksandr Duqin və qızı "xüsusi əməliyyat" adlanan işin sürətini tənqid ediblər, çünki onlar dərhal nəticə əldə etmək istəyirlər.

O, əlavə edib ki, Rusiya FTB artıq hökuməti tənqid edən insanları kənarlaşdırmağa başlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026