• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden Quterreşlə müzakirə APARDI

DÜNYA

22 Sentyabr 2022 | 00:12 | Müəllif: Subhan Mahmudov

Bayden Quterreşlə müzakirə APARDI

ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Quterreşlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Görüşdə Rusiya və Ukrayna arasındakı vəziyyət, bunun beynəlxalq ictimaiyyət üçün təsirləri, müharibənin fəsadları müzakirə edilib.

Bayden, həmçinin Ukrayna taxılının Qara dənizdən keçirilməsi təşəbbüsündə gördüyü işlərə görə Quterreşə təşəkkür edib.

Tərəflər arasında görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026