• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İtaliya hökumətini qurmaq bu xanıma tapşırıldı

DÜNYA

21 Oktyabr 2022 | 22:39 | Müəllif: Subhan Mahmudov

İtaliya hökumətini qurmaq bu xanıma tapşırıldı

İtaliya Prezidenti Sercio Mattarella yeni hökuməti formalaşdırmağı sağçı koalisiyanın namizədi Corciya Meloniyə tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, İtaliyada hökumətin qurulması ilə bağlı siyasi məsləhətləşmələr yekunlaşıb. S.Mattarella Kuirinale Sarayında sentyabrın 25-də keçirilən seçkilərdə parlamentin hər iki palatasında səs çoxluğu qazanan sağçı koalisiyanın üzvləri – “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni, “İtaliya Qardaşları” Partiyasının sədri Corciya Meloni və “Leqa” Partiyasının lideri Matteo Salvini ilə görüşüb.

İtaliya Prezidenti daha sonra koalisiyanın rəhbəri C.Meloni ilə təkbətək görüş keçirib. Görüşdə S.Mattarella C.Meloniyə yeni hökuməti qurmaq vəzifəsini verib.

Yeni hökumətin üzvləri oktyabrın 22-də and içərək vəzifəyə başlayacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR