• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Durova qarşı yeni ittiham irəli sürülüb

DÜNYA

01 Sentyabr 2024 | 20:48 | Müəllif: Gülşən Şərif

Durova qarşı yeni ittiham irəli sürülüb

"Telegram" mesencerinin yaradıcısı Pavel Durovun üç övladının anası olduğu iddia edilən İrina Bolqar iş adamının ailə xərcləri üçün istifadə etdiyi kartları blokladığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində yazıb.

"Durov uzun illər ailə xərcləri üçün istifadə etdiyim bütün kartları bloklayıb" , - deyə qadın qeyd edib.

Bolqar vurğulayıb ki, Durov əvvəllər birbaşa bank hesablarından maliyyələşdirdiyi uşaq xərcləri üçün olan hesabları da ödəməyi dayandırıb. Qadının sözlərinə görə, Durov uşaqların immiqrasiya sənədlərinin yenilənməsi üçün lazım olan razılığı imzalamaqdan imtina edib.

Bolqar belə nəticəyə gəlib ki, bu, onun və uşaqlarının Avropada qalmasının qarşısını almaq üçün edilib. (oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026