• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əfqanıstanda 70 nəfər soyuqdan donaraq öldü

DÜNYA

18 Yanvar 2023 | 21:16 | Müəllif: Subhan Mahmudov

Əfqanıstanda 70 nəfər soyuqdan donaraq öldü

Əfqanıstanda soyuq hava nəticəsində azı 70 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 10-dan etibarən Kabildə və bir sıra digər əyalətlərdə civə sütunu aşağı düşüb, mərkəzi Qor bölgəsində isə həftə sonu ən aşağı göstərici -33C qeydə alınıb.

Əfqanıstan meteorologiya departamentinin rəhbəri Mohammad Naseem Muradi AFP-yə deyib: "Bu qış son illərin ən soyuq qışıdır".

Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyi son səkkiz gündə Əfqanıstan cəmiyyətinin yoxsul təbəqələri üçün həyati əhəmiyyət kəsb edən 70 nəfərin və 70 min mal-qaranın öldüyünü bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, güclü qar səbəbindən bir sıra mərkəzi və şimal əyalətlərində yollar bağlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026