Çərşənbə axşamı günü bir qrup qadın Əfqanıstanın paytaxtının mərkəzində qadınlara ölkənin gələcək hökumətində bəzi vəzifələrin verilməsini tələb edən nümayiş keçirib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Kunar əyalətində Talibandan keçmiş Əfqanıstan hökumətinin bayrağını saxlamağı tələb edən gənclər nümayiş keçirib. Bu tələb Əfqanıstanda dəstəklənir.
Məlumata görə, Kabildə yaşayış adi qaydasına dönür. Küçələrdə nəqliyyatın hərəkəti daha da canlanıb, ictimai nəqliyyat bərpa edilib və küçələrdə şəxsi avtomobillər peyda olur. Əllərində silah olan Taliban getdikcə daha az görünür. Sosial mediada Talibanın adı altında dinc əhalini soyan cinayətkarları tutduqlarını göstərən videolar yayılır.
Taliban hərbi komissiyasının rəhbəri Moulavi Yakub tabeliyində olanlara səsli bir müraciətlə ilk növbədə Kabildə olan əfqanların şəxsi evlərinə girməməyi əmr edib. Nəqliyyat vasitələrinin yenidən qeydiyyatı prosesinin daha sonra başlayacağı üçün heç kimin heç kimdən maşın almasına icazə verilmədiyini də bildirilib. Taliban təhsil müəssisələrinin hələ də kişilər və qadınlar üçün açıq olduğunu, lakin Kabildə hələ işləmədiklərini açıqladı. Taliban bir qrup qadın həkimlə görüşərək vəzifələrini davam etdirmələrini xahiş ediblər.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















