• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Əhalinin 50 faizi peyvənd olarsa..." -  Həkim

CƏMİYYƏT

03 Aprel 2021 | 00:45

"Əhalinin 50 faizi peyvənd olarsa..." - Həkim

COVİD-19 virusuna qarşı vaksinləşdirmə əhalinin 50 faizini əhatə etdikdən sonra ölkə üzrə epidemik səviyyədə pik həddə yoluxma sayı ola bilməz. Sadəcə, endemik, yəni bölgələrdə yerli artımlar müşahidə edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 70 faizi vaksin olunmalıdır ki, mövcud epidemik vəziyyət sona çatsın:

"Bu rəqəmə hər zaman nail olmaq mümkün olmur. Amma minimal hədəf 50 faizi keçməkdir. Vaksinasiya prosesi tam başa çatana qədər biz ehtiyatı əldən verməməliyik. Əfsuslar olsun ki, virus 1-2 gündə çoxalaraq yoluxma sayında pik həddə çata bilər. Bunu nəzarət altına almaq zaman alır. Buna nəzarətin 1-2 gün ərzində təmin edilməsi mümkün deyil. Nəzərə alaq ki, bir saniyədə 5 xəstə virusa yoluxa bilər, amma 5 xəstənin müalicəsi 14-20 gün davam edə bilər. Şükür ki, hələ iki gün ərzində rəqəmlər iki dəfə qalxmır. Bu temp hələ müşahidə edilmir. Əldə olunan bu nəticəni saxlamaq üçün hər kəs son dərəcə məsuliyyətli olmalıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026