• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Ekoloji cinayətə son!" - Aksiyanın 88-ci günü

SİYASƏT

09 Mart 2023 | 09:01 | Müəllif: Qalib İbrahimoğlu

"Ekoloji cinayətə son!" - Aksiyanın 88-ci günü

Azərbaycanlı eko-fəalların Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 88-cü günüdür.

Gecə saatlarında da aksiyanı davam etdirən iştirakçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

İştirakçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiyanın tələbləri dəyişməz olaraq qalır. Belə ki, etirazçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Eko-fəallar "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", şüarlarını səsləndirirlər.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026