• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Ekonomist”də səfirimizin cavab məktubu dərc olundu

SİYASƏT

07 Sentyabr 2023 | 23:02 | Müəllif: Subhan Mahmudov

“Ekonomist”də səfirimizin cavab məktubu dərc olundu

Son zamanlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına və əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Ekonomist” jurnalına ünvanladığı məktub dərc edilib.

Azərbaycanın Britaniyadakı səfirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, cavab məktubdunda qeyd olunur ki, əslində Laçın yolu ətrafında baş verən proseslər ermənilərin daxili siyasi qarşıdurmasının nəticəsidir. Radikal və separatçı ermənilər Azərbaycanın Qarabağ bölgəsində erməni əhalini girov tutaraq süni şəkildə yaratdıqları humanitar “fəlakətdən” istifadə etməklə və məsələni siyasiləşdirməklə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına mane olmağa çalışırlar. Separatçılar tərəfindən Ağdam yolunun bağlanması və Azərbaycanın göndərdiyi humanitar yardımdan imtina edilməsi buna əyani sübutdur.

Eyni zamanda bildirilir ki, separatçıların bu siyasi şousu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verir.

Həmçinin vurğulanır ki, çoxmillətli ölkə olaraq Azərbaycan digər vətəndaşları kimi yerli ermənilərə bərabər hüquqlu inteqrasiya təklif edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin regionda sabitliyin və rifahın yeganə çıxış yolu olduğu vurğulanır. Əks təqdirdə erməniləri yalnız qeyri-sabitlik və tənəzzül gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026