• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Əkrəm İmamoğlu prezident seçkilərilə bağlı qərar verdi

DÜNYA

03 Mart 2023 | 14:58

Əkrəm İmamoğlu prezident seçkilərilə bağlı qərar verdi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mayın 14 keçirilməsi gözlənilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Əkrəm İmamoğlu Halk TV-də çıxışı zamanı deyib ki, onun namizədliyi məsələsi gündəmdə yoxdur.

“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi başqandır. Mənim namizədim də başqandır”, - İmamoğlu məsələni şərh edərkən deyib.

Qeyd edək ki, CHP-nin də daxil olduğu “Altılı masa” adlı müxalif koalisiya martın 2-si vahid namizədinin adını açıqlaya bilmədi, yekun qərarın martın 6-da veriləcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026