Bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun məhkəməsi davam etdiriləcək.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki. Ə.İmamoğlu Ali Secki Şurasının üzvlərini təhqir etməkdə ittiham olunur.
Anadolu Ədalət Məhkəməsində keçiriləcək iclas saat yerli vaxtla saat 11:00-da başlayacaq. Məlumata görə, İmamoğlu bir ildən artıq müddətə azadlıqdan məhrum edilsə və hökm qüvvəyə minsə, ona siyasi qadağa qoyula bilər.
Nuranə Daxilqızı
















