• Bakı 29° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ekskavator qaçırıb, bankomat oğurladılar

DÜNYA

17 Iyun 2026 | 14:02 | Müəllif: Əli Hüseynov

Ekskavator qaçırıb, bankomat oğurladılar

Böyük Britaniyanın Kembricşir qraflığında maraqlı oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az “Sun” nəşrinə istinadən xəbər verir ki, qarətçilər oğurlanmış ekskavatorun köməyi ilə binanın divarına quraşdırılmış bankomatı yerindən çıxarıblar.

Soyğun hadisəsi videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. Kadrlarda qarətçilərin gecə saatlarında bank ofisinin qarşısına ekskavator gətirdiyi, bankomatı divardan qopardığı və onu avtomobilin yük hissəsinə yükləyərək hadisə yerindən uzaqlaşdıqları görünür.

Oğurlanmış bankomatda on minlərlə funt sterlinqin olduğu güman edilir.

Hadisəni törətmiş şəxslərin axtarışı davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026