Dünən SOCAR-ın mətbuat xidmətindən iqtisadçı ekspert Natiq Cəfərlinin “SOCAR yalan danışır” iddialarına cavab gəlmişdi. Onlar gətirilən faktlara aydlnlıq verərək, benzini Rusiyadan gətirmədiklərini demişdilər.
Ətraflı linkdə: https://www.bakivaxti.az/az/posts/detail/ekspertin-socar-yalan-danisir-iddiasina-qurumdan-reaksiya-1631880909#.YUWNtEq3wlQ
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, SOCAR benzini Rusiyadan aldığını inkar edir:
“SOCAR cavab verməyib desək daha doğru olar. Yəni, əslində, bu cavab verməməkdir. Rusiyadan aldıqlarını inkar edirlər, halbuki Statistika Komitəsinin və Gömrük Komitəsinin rəsmi saytında da bununla bağlı ətraflı məlumatlar var. Ümumilikdə, Rusiyadan son bir ildə 72% premium markalı benzin. İxrac qiymətləri eynidir, daxili bazarla heç bir fərqi yoxdur. Rusiya saytları vasitəsilə araşdırma aparıb baxa bilərlər. Sifarişlər qəbul olunur, hətta onlayn da sifariş etmək mümkündür. Ödəniş etdikdən sonra sərhəddə qədər çatdırılması mümkündür. O ki qaldı gömrük rüsumlarına, Aİ-95 və Aİ-98 markalı benzinin gömrük rüsumu sıfırdır. Simvolik olaraq, hər tonu cəmi bir manatdır. Bu da simvolik olaraq ona görə qoyulub ki, hesabat aparılması mümkün olsun. Yəni ölkə daxilində idxalçı rüsum yoxdur. Yol xərci isə öz yazımda qeyd etdiyim kimi, hər litr üçün məsafədən asılı olaraq, 2-3 qəpik arası dəyişir”.
Aytac Aslan
















