Əlcəzair İsrailin Rəfahdakı çadır düşərgəsinə etdiyi hücumla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, BMT Əlcəzairin bu tələbini qəbul edib. Sabah keçiriləcək qapalı görüşdə hərtərəfli məsləhətləşmələr aparılacaq.
Həmçinin bildirilib ki, BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) kommunikasiyalar üzrə direktoru Juliette Touma regiondakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına məlumat verəcək.
Qeyd edək ki, İsrailin Rəfahdakı çadır düşərgəsinə hücumu nəticəsində qadın və uşaq daxil olmaqla, ümumilikdə 45 nəfər ölüb.
Gülşən Şərif