• Bakı 24° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Dünyanın ən böyük kruiz gəmisi yanıb

DÜNYA

27 Iyun 2024 | 07:00

Dünyanın ən böyük kruiz gəmisi yanıb

Yanvar ayında ilk səyahətinə çıxan dünyanın ən böyük kruiz gəmisi "İcon of the Seas" Meksikanın Kosta Maya limanına yanaşarkən alovlanıb.

Bakıvaxtı.az xəbər verir ki, “Royal Caribbean” rəsmiləri yanğının tez bir zamanda söndürüldüyünü bildiriblər. Bir anda bütün gəmidə elektrik enerjisi kəsilərək liftlərin, kondisionerlərin, texniki xidmət stansiyalarının və kabinələrin işii iflic edib. 

“Royal Caribbean Group” sözçüsü yanğın nəticəsində gəminin gücünü itirdiyini təsdiqləsə də, bütün lazımi təhlükəsizlik prosedurlarına əməl edildiyini və ekipajın yanğını tez bir zamanda söndürə bildiyini qeyd edib.

Sosial şəbəkələrdə yayılan videoda səsgücləndiricidən fövqəladə vəziyyət elan edildiyi, yanğınsöndürənlərin pilləkənlərdən aşağı enməsi müşahidə olunur.

"Kosta-Mayada lövbər salan zaman bir növ qəza baş verib. 
Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər. Gəmi hazırda qrafikə uyğun hərəkət edir.

Mütəxəssislər kruiz gəmilərində yanğınların nadir hallarda baş verdiyini, lakin alov çox sürətlə yayıldığı üçün baş verə biləcək ən təhlükəli problemlərdən biri olduğunu bildirirlər. Bütün riskləri minimuma endirmək üçün daşıyıcılar sərnişinlərə yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə icazə verirlər.

Bloqqerlər artıq “YouTube”dakı videolarında bu hadisəni araşdırmağa başlayıblar.

“Royal Caribbean” prezidenti və icraçı direktoru Maykl Beyli jurnalistlərə açıqlamasında bildirib ki, bu gəmi ailəvi istirahət üçün ideal seçimdir.(sfera.az)


SON XƏBƏRLƏR

29 Iyun 2024