• Bakı 11° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Elektrik enerjisi 40% bahalaşa bilər - Fransada

DÜNYA

07 Yanvar 2022 | 15:29

Elektrik enerjisi 40% bahalaşa bilər - Fransada

Fransa hökuməti enerji qiymətlərindəki artımın iqtisadi və sosial nəticələrindən narahatdır.

Bakıvaxtı.az-ın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın maliyyə naziri Bruno Le Maire keçirdiyi mətbuat konfransında deyib.

"Əgər yaxın günlərdə bir həll tapmasaq, fransızlar elektrik ödənişlərində 35-40% artım görəcəklər. Bu, mütləq fövqəladə haldır, çünki elektrik enerjisinin qiymətindəki partlayış nə ev təsərrüfatı, nə də biznes üçün yaxşı deyil”, - deyə nazir bildirib.

Ölkədə prezident seçkilərinə dörd aydan az vaxt qaldığı bir müddətdə nazir yaşayış xərclərinin artmasının sosial nəticələri barədə də xəbərdarlıq edib.

"Qazaxıstanda baş verənlərə baxın; enerji, elektrik və ya qaz qiymətlərində "partlayış"ın nəyə gətirib çıxaracağı baxımından olduqca nümunəvidir. Bu, siyasi cəhətdən təhlükəlidir", fransalı nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026