• Bakı 28° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Elektron resept niyə işlək deyil?

CƏMİYYƏT

07 Mart 2024 | 10:27 | Müəllif: Qalib İbrahimoğlu

Elektron resept niyə işlək deyil?

Məlum olduğu kimi, yanvar ayından bütün ölkə ərazisində elektron reseptlərin tətbiqinə başlanılıb. Qərarın tətbiq olunmasından artıq iki ay keçir.

Maraqlıdır, bu müddət ərzində apteklər elektron reseptlə dərman satışı həyata keçirib?

Bakıvaxtı.az bu barədə paytaxtdakı apteklərin bir neçəsindən maraqlanıb.

Binəqədi, Nizami və Sabunçu rayonlarında yerləşən ayrı-ayrı apteklərdən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələ heç bir vətəndaş onlara elektron reseptlə müraciət etməyib.

10 il Sabunçu rayonundakı “Dəfnə” aptekində fəaliyyət göstərdiyini deyən əczaçı Hicran Cavadova Bakıvaxtı.az-a bildirib ki, vətəndaşların elektron reseptlə apteklərə üz tutmamasında səbəbkar həkimlərdir:

“Elektron resept heç bir həkimə sərf etmədiyi üçün passiyentlərə bu haqda məlumat vermirlər. Aptek üçün heç bir fərqi yoxdur. Həkimlər özləri də bu qayda ilə işləmirlər. Çünki bəzi həkimlər passiyentlərdən beş manat alıb resept yazmağa öyrəşiblər. İndi pullarından keçə bilmirlər”.

O, əksər vətəndaşların reseptsiz şəkildə apteklərə üz tutduğunu qeyd edib:

“İndi qızılcaya yoluxanda da gəlib əczaçının məsləhəti ilə aptekdən dərman almaq istəyirlər. Çünki həkimlərə güvənmirlər. Həkimlərin əlavə dərman yazaraq onları xərcə salacaqlarını düşünürlər. İslahat üçün həkimlərdən başlamaq lazımdır”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026