• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Elizabetin sirli məktubu bu tarixdə açılacaq

CƏMİYYƏT

14 Sentyabr 2022 | 10:57

Elizabetin sirli məktubu bu tarixdə açılacaq

Millətlər Birliyinin üzvü və konstitusiya monarxiyası olan Avstraliyada Britaniya monarxları 6 fevral 1952-ci ildən ənənəvi rola malikdirlər. Kraliça Elizabet də 70 illik hakimiyyəti boyunca Avstraliya ilə münasibətlərini isti saxladı. Hökumətin gündəlik işlərinə qarışmayan Kraliça təntənəli və simvolik olaraq həmişə əhəmiyyətli olub. Dediyi hər sözdə, etdiyi hər hərəkətdə Böyük Britaniya kraliçası kimi deyil, Avstraliya kraliçası kimi danışır və hərəkət edirdi.

Bakıvaxtı.az xəbər verir ki, Kraliça Elizabet vəfat etdikdən sonra onun yerinə oğlu Şahzadə Çarlz keçdi.

Keçmiş günlərdə səltənət elan edilən III Kral da Millətlər Birliyindəki 14 ölkə də daxil olmaqla Avstraliyada yeni kral nümayəndəsi oldu. Kraliça II Elizabet hakimiyyəti dövründə Avstraliyaya 16 səfər etmişdi. Bunlardan birincisi 1954-cü ildə həyata keçirilmişdir. Kraliça parlamenti açdığı paytaxt Kanberraya getmişdi. Kanberraya 16 səfərdən 14-nü edən kraliça həyat yoldaşı Şahzadə Filiplə birlikdə sonuncu dəfə 2011-ci ildə Avstraliyaya səfər etmişdi. Kraliçanın 2011-ci ildə səfərinin səbəbi Sidneyin ən məşhur binalarından biri olan, onun ulu nənəsi Kraliça Viktoriyanın adını daşıyan və şəhərin mərkəzində yerləşən Kraliça Viktoriya Binasının açılışı olub. Bu binanın başqa bir əhəmiyyəti də ondan ibarətdir ki, kraliçanın 1986-cı ildə səfəri zamanı gələcəyə qeyd kimi qoyduğu məktub burada qorunub saxlanılır. Kraliça II Elizabet Avstraliyanın Sidney sakinləri üçün zərfin üzərində "Avstraliya, Sidneyin Ədalətli və Möhtərəm Lord Merinə" sözləri ilə başlayan məxfi məktub yazdı və sonra məktubu möhürlədi. Kraliçanın o zamankı Sidney merinin məktubu ilə bağlı başqa bir istəyi də, "2085-ci ildə sizin tərəfinizdən seçiləcək uyğun bir gündə bu zərfi açıb mesajımı Sidney vətəndaşlarına çatdırarsınızmı?" olub.

Kraliçanın tələbi təbii ki, qəbul edildi. Lakin 36 ildir möhürlənmiş məktubda nə yazıldığını onun ən yaxın işçiləri də daxil olmaqla, hələ də heç kim bilmir. Məktub hazırda Kraliça Viktoriya binasının yuxarı hissəsindəki günbəzlərdən birində qorunan fənərdə saxlanılır. 1986-cı ildən bəri vəzifə yerinə yetirən bütün bələdiyyə başçıları isə kraliçaya verilən bu vədi yerinə yetirməkdə çox qətiyyətlidirlər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR