• Bakı 24° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Elman Paşayevin evindən külli miqdarda pul götürülüb

CƏMİYYƏT

30 Noyabr 2024 | 18:27

Elman Paşayevin evindən külli miqdarda pul götürülüb

Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevin işi ilə bağlı arvadı dindirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Paşayevin mənzilindən xeyli pul götürülüb.

Xatırladaq ki, keçmiş vəkil xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilinir.

Müstəntiqlərin bildirdiyinə görə, 2024-cü ilin fevralında Paşayev bloger Yelena Blinovskayanın əri Aleksey Blinovski ilə Moskvada şəxsi görüşü zamanı onu inandırıb ki, külli miqdarda pul mükafatı müqabilində onları əvvəllər başlanmış cinayət məsuliyyətindən azad etmək imkanı var. Razılığa gələn Paşayev Blinovskidən 18,5 milyon rubl və 300 min dollar alıb.

Onun həbs müddəti 15 yanvar 2025-ci ilə qədər uzadılıb.(axar.az)


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025