Əməkdar artist Elnarə Abdullayeva yaxın aylarda qızına toy edəcək.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “Qonaqcanlı” verilişində danışıb.
Sənətçi toy tarixinin dəqiqləşdirilmədiyini bildirib:
“Bu iş başlayıbsa, sona çatmalıdır. Nişan olubsa, demək ki, toy da olacaq. Amma hələ toyun tarixini dəqiqləşdirməmişik. Olsa, öncədən xəbər verəcəyəm ki, “artıq toyun tədarükünü görmüşük”".
Əməkdar artist qeyd edib ki, hazırda başı evinin təmirinə qarışıb:
"İşlər bitsin, tarixi də dəqiqləşdirəcəyik”.
Qeyd edək ki, Elnarə Abdullayevanın qızı Xədicə ötən il iyulun 11-də paytaxt restoranlarının birində Cavad adlı bəylə nişanlanıb.
Ziyafət Əlisoy
















