• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ordumuz qarşıya qoyduğu tapşırığı layiqincə yerinə yetirəcək - AÇIQLAMA

GÜNDƏM

20 Sentyabr 2023 | 11:26

Ordumuz qarşıya qoyduğu tapşırığı layiqincə yerinə yetirəcək - AÇIQLAMA

"Ordumuzun Qarabağda başladığı antiterror əməliyytaları Azərbaycanın tam haqqıdır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib. Onun sözlərinə əsasən, beynəlxalq hüquqla və ölkə Konstitusiyasına əsasən, Azərbaycan dövləti Ermənistan ordusuna qarşı antirerror əməliyyatı həyata keçirir.

Ekspert Ermənistanın 10 noyabr bəyanatının şərtlərinə əməl etmədiyini vurğulayıb: "Ermənistan dövləti Azərbaycan dövlətinə, ordusuna, mülki əhalisinə qarşı ard-arda təxribatlar törətdi və Azərbaycan dövləti məcburən ən alternativ yolla bu əməliyyatları keçirdi. Necə ki, 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan ordusu yerinə yetirdi. Azərbaycan dövləti indi də 10 noyabr bəyanatının şərtlərini yerinə yetirəcək".

Emin Həsənli xalqımızın hər zaman həmrəy olduğunu deyib. Onun sözlərinə görə, dir. Azərbaycan Respublikasının Ali Baş Komandanı başda olmaqla hər kəs orduya dəstək verir: “Azərbaycan xalqının birmənalı mövqeyi ondan ibarətdir ki, Azərbaycanın bütünlükdə torpaqları işğaldan azad edilməlidir”.

Emin Həsənli: Xalqın birmənalı mövqeyi ondan ibarətdir ki, Azərbaycanın torpaqları işğaldan azad edilməlidir

"Münaqişə bitməlidir. Erməni təxribatlarına son qoyulmalıdır. Və bu istiqamətdə aparılan əməliyyatlar xalqımız tərəfimizdən, həmçini qardaş Türkiyə dövləti tərəfindən dəstəklənir. Biz bunu yüksək qiymətləndiririk. Allah ordumuzla, dövlətimizlə olsun. Allahın köməkliyi ilə ordumuz qarşısına qoyduğu vəzifəni layiqincə yerinə yetirəcək. Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək nəticələr əldə ediləcək", - deyə E.Həsənli vurğulayıb.

Müsahibimiz sonda qeyd edib ki, mənəvi-psixoloji ruh yüksəkliyi, böyük döyüş təcrübəsi sayəsində Azərbaycan ordusu qarşıya qoyduğu tapşırığı bir neçə günə layiqincə yerinə yetirəcək.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026