• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Emin Əmrullayev Ağdaşda regionun təhsil işçiləri ilə görüşüb 

CƏMİYYƏT

11 Mart 2022 | 16:50

Emin Əmrullayev Ağdaşda regionun təhsil işçiləri ilə görüşüb

Martın 11-də təhsil naziri Emin Əmrullayev Ağdaş rayonuna səfəri çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsinə daxil olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları üzrə təhsil işçiləri ilə görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, görüşdə sözügedən bölgələrin ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər, həmçinin yerli təhsili idarəetmə qurumlarının rəhbərləri, məktəb direktorları iştirak ediblər.

Görüş zamanı regionda təhsil sahəsi üzrə mövcud problemlər və onların həlli ilə bağlı fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və görüləcək işlər müzakirə edilib. 

Görüşdə həmçinin təkliflər dinlənilib və suallar cavablandırılıb. 

Ramid İbrahimov


Emin Əmrullayev Ağdaşda regionun təhsil işçiləri ilə görüşüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026