• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əmisi oğluna toyuğun içində narkotik keçirmək istədi

CƏMİYYƏT

17 Mart 2023 | 09:24

Əmisi oğluna toyuğun içində narkotik keçirmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixatrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin əmisi oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,320 qram olan psixatrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026