• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Emreli "Konyaspor"un ən zəif oyunçusudur

İDMAN

11 May 2023 | 15:32

Emreli "Konyaspor"un ən zəif oyunçusudur

Azərbaycan millisinin və "Konyaspor"un futbolçusu Mahir Emreli evdə "Kayserispor"la 2:2 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının XXXIII tur matçının ən zəif oyunçusu olub.

Bakıvaxtı.az xəbər verir ki, 26 yaşlı hücumçu ən zəif reytinq xalını alıb. Təcrübəli forvard sözügedən qarşılaşmada cəmi 6 xal toplayıb.

Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan Mahir Emreli "Konyaspor"da icarə əsasında çıxış edir. Onun Konya təmsilçisi ilə sözləşməsi cari mövsümün sonunda başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026