• Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Ən yaşlı milli komandalar MƏLUM OLDU

İDMAN

22 Mart 2023 | 11:10

Ən yaşlı milli komandalar MƏLUM OLDU

Futbol üzrə milli komandaların yaş ortalaması ilə bağlı araşdırma aparılıb. 

Bakıvaxtı.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan yığması da yer alıb.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv 27,62 yaş ortalamasına malikdir. Komanda ən yaşlı 47-ci millidir. 48-ci sıradakı San Marino (27,62) da eyni göstəriciyə malikdir. Azərbaycan seçməsi Avropa zonasında isə 17-ci olub.

Küveyt (29,76) ən yaşlı, Baham adaları (22,82) ən gənc yığmadır. Avropada müvafiq mövqelərdə Belçika (29,40) və Türkiyə (25,07) qərarlaşıblar. 

Araşdırma 126 komandanı əhatə edib. Siyahı son bir ildə meydana çıxan oyunçulara əsasən tərtib olunub.


SON XƏBƏRLƏR

18 Aprel 2024