• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ronaldo ölkədən deportasiya oluna bilər

İDMAN

20 Aprel 2023 | 17:28

Ronaldo ölkədən deportasiya oluna bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu bu ölkədən deportasiya oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb portuqaliyalı futbolçunun "Əl-Hilal"a 0:2 hesabı ilə uduzduqları çempionat oyunundakı davranışıdır.

38 yaşlı hücumçu meydançanı tərk edərkən "Messi" şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib.

Nuf ibn-Əhməd adlı vəkil sosial şəbəkə hesabında paylaşım edərək, Ronaldunu məhkəməyə verdiyini açıqlayıb: "Onun hərəkəti cinayət və əxlaqsızlıqdır. Həbs olunması və deportasiya edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qeyd edək ki, Kriştianu Ronaldu "Əl-Nəsr"ə ötən ilin dekabrında keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026