• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Sevilya”dan yeni REKORD

İDMAN

19 May 2023 | 10:40

“Sevilya”dan yeni REKORD

“Sevilya” Avropa Liqasının rekordunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya klubu tarixində 7-ci dəfə Avropa Liqasının finalına vəsiqə qazanıb.

La Liqa təmsilçisi bununla da özünün sahibi olduğu rekordu 7-yə çatdırıb. Xose Luis Mendilibarın yetirmələri yarımfinalda “Yuventus”u mübarizədən kənarlaşdırıb - 1:1, 2:1.

Sevilyanın eyniadlı klubu əvvəllər UEFA kuboku adlanan yarışda 2006, 2007, 2014, 2015, 2016 və 2020 illərdə də finala qədər irəliləyib. İkinci göstəriciyə malik “İnter”in hesabında 5 final var.

Qeyd edək ki, “Sevilya” finalda “Roma” ilə görüşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR