• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Murov” Azərbaycan çempionu oldu

İDMAN

20 Aprel 2023 | 17:59

“Murov” Azərbaycan çempionu oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu gün final mərhələsində 3-cü oyunlar baş tutub.

Bu qarşılaşmalardan sonra Yüksək Liqanın bütün mükafatçıları dəqiqləşib. Öncə bürünc medallar sahibini tapıb. Əvvəlki iki qarşılaşmada MOİK-i 3:0 və 3:1 hesabları ilə məğlub edən “Neftçi” bu dəfə də azarkeşlərini sevindirib. Seriyadakı ardıcıl üçüncü qələbə komandaya bürünc medallar qazandırıb.

Çempionun taleyinə də üçüncü oyunda aydınlıq gəlib. “Xarı bülbül” bu dəfə də “Murov”la bacarmayıb. İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə üstün olan Fərid Cəlalovun yetirmələri üçüncü qələbəni də “quru hesabla” qazanıb və qızıl medallara sahib çıxıb.

Yüksək Liqa, kişilər
20 aprel
3-cü oyunlar

Üçüncü yer uğrunda
14:00 “Neftçi” – MOİK - 3:1 (21:25, 25:22, 25:15, 28:26)

Final
16:00 “Xarı bülbül” - “Murov” – 0:3 (16:25, 10:25, 16:25)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026