• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yaşlı qadını elektrik vurub öldürdü - YENİLƏNİB

HADİSƏ

27 Iyul 2023 | 15:50

Yaşlı qadını elektrik vurub öldürdü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində cərəyan vurması nəticəsində ölən 1 nəfərin meyitinin ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit ağacdan düşürülərək aidiyyəti üzrə təhvil verilib.

 

10:09

Əncir yığan Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin M.Əliyev küçəsində qeydə alınıb.

1964-cü il təvəllüdlü Gülbənd Nəbiyeva Güləndam qızı ağacdan əncir yığarkən elektrik cərəyanı onu vurub.

O, hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR