• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Energetika naziri Şamaxıda vətəndaşları qəbul edib

CƏMİYYƏT

14 Aprel 2023 | 16:30 | Müəllif: Qalib İbrahimoğlu

Energetika naziri Şamaxıda vətəndaşları qəbul edib

Aprelin 14-də energetika naziri Pərviz Şahbazov Şamaxıda vətəndaşları qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazliyindən bildirilib.

Məlumata görə, qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, sayğaclaşma, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Şamaxı, Ağsu, Ağcabədi və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026