• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ərdoğan CHP QƏRARGAHINDA - YENİLƏNİB

DÜNYA

11 Iyun 2024 | 17:28

Ərdoğan CHP QƏRARGAHINDA - YENİLƏNİB

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ana müxalifət mövqeyindəki Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına baş çəkib, bu partiyanın sədri Özgür Özellə görüşü başlayıb.

Bakıvaxt.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

***

12:37

Bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ana müxalifət mövqeyindəki Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına baş çəkəcək, bu partiyanın sədri Özgür Özellə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, sonuncu bələdiyyə seçkilərindən sonra başladılan normallaşma (yumşalma) prosesi çərçivəsində liderlərin ikinci görüşüdür.

Bir müddət əvvəl CHP sədri AKP qərargahında olmuş, Ərdoğanla müzakirələr aparmışdı. Bugünkü görüş Ərdoğanın 18 il sonra CHP qərargahına ilk gəlişi şəraitində keçiriləcək. Ərdoğan sonuncu dəfə 2006-cı ildə dönəmin CHP sədri mərhum Deniz Baykalı partiyanın yeni qərargaha köçməsi münasibətilə ziyarət etmişdi.

Ərdoğan-Özel görüşünün gündəliyinə gəlincə, normallaşma (yumşalma) prosesinin davamı çərçivəsində siyasi, hüquqi, sosial-iqtisadi və digər cari məsələlərin müzakirəsi gözlənilir.

Bundan əvvəlki görüş nəticəsində CHP-nin kölgə kabinetinə daxil olan siyasətçilərlə nazirlərin görüşünün təşkili və "28 Şubat" prosesi çərçivəsində həbs olunan generalların əfvi kimi addımlar atılmışdı.


SON XƏBƏRLƏR

26 Iyul 2024