• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Ərdoğan Şoltsla danışdı - Ukrayna müzakirəsi

DÜNYA

04 Aprel 2022 | 23:25 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Şoltsla danışdı - Ukrayna müzakirəsi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Ərdoğan bildirib ki, Ankara bütün qətiyyətlə Ukraynada müharibənin dayandırılmasına yönəlmiş səylərini davam etdirir.

Tərəflər Ukraynadakı vəziyyəti, eləcə də regional məsələləri müzakirə ediblər.

Liderlər ikitərəfli Türkiyə-Almaniya münasibətlərinin vəziyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026