• Bakı 15° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Ərdoğan və Putin arasında görüş keçiriləcək

DÜNYA

10 Mart 2021 | 19:24

Ərdoğan və Putin arasında görüş keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüş keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçıları “Akkuyu” Atom Elektrik Stansiyasının üç nömrəli enerji blokunun təməlqoyma mərasimi zamanı bu barədə razılığa gəldiklərini bəyan ediblər.

Görüşün yaxın zamanlarda baş tutacağı bildirilir.

Qeyd edək ki, bu gün Türkiyənin Mersin şəhərində “Akkuyu” AES blokunun təməlqoyma mərasimi təşkil olunub. Ölkə prezidenti R.T.Ərdoğanın iştirak etdiyi tədbirə Rusiya prezidenti V.Putin də videokonfrans vasitəsilə qatılıb.

Mərasim Türkiyənin NTV kanalı vasitəsilə canlı yayımlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR