• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Təbiətin beşinci qüvvəsi” tapılıb

DÜNYA

09 Aprel 2021 | 09:09

“Təbiətin beşinci qüvvəsi” tapılıb

Soyuducunun qapısına yapışdırdığımız maqnitdən tutmuş, basketbol halqasına tərəf uçan topa qədər bütün həyatımız fizika qanunlarına tabedir. Hər gün gördüyümüz bütün işlər qarşılıqlı əlaqələrin dörd fundamental kateqoriyasına tabe olur: elektromaqnit, güclü, zəif və qravitasiya qüvvəsi.

Dörd əsas qüvvə kainatdakı bütün cisimlərin və hissəciklərin qarşılıqlı təsirini təyin edir.

BBC-nin məlumatına görə, Çikaqo yaxınlığında Batavia qəsəbəsinin laboratoriyasında aparılan “Muon g-2” təcrübəsi zamanı isə yeni – “təbiətin beşinci gücü”nün kəşf olunduğu düşünülür.

Məlum olub ki, “Muon”ların  hissəciklərinin davranışı Standart modelə uyğun gəlmir, bu isə Yeni Fizikanın əlaməti sayılır.

Britaniya Elmi və Texnoloji Avadanlıq Şurası, təcrübələrin nəticələrinin indiyə qədər bilinməyən bir subatomik zərrəcik və ya yeni qüvvənin varlığına dair güclü dəlillər təqdim etdiyini açıqlayıb.

Təəssüf ki, “Muon g-2” təcrübəsinin nəticələri hələ birmənalı şəkildə tam bir kəşf elan etməyə əsas vermir. Bunun statistik bir səhv olma ehtimalı 1/40000-dir. Başqa sözlə, deyilən statistik əhəmiyyət  səviyyəsi 4.1 sigmadır. Kəşfin tanınması üçün bu səviyyə 5 sigma olmalıdır.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026