• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Paşinyan baş prokuroru işdən qovur - Zəngəzur olayı

DÜNYA

08 May 2021 | 15:57

Paşinyan baş prokuroru işdən qovur - Zəngəzur olayı

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Sünikdəki (Zəngəzur – red) məlum hadisələrdən sonra baş prokuror Artur Davtyanı istefaya göndərmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, Paşinyan hesab edir ki, Artur Davtyan və İstintaq Komitəsinin sədri Ayk Qriqoryan məhkəmələrin Sünikdəki etirazçıların həbsinə sanksiyalar verməsi üçün mümkün olan hər şeyi etməyiblər.

"Paşinyan Davtyan və Qriqoryanı vəzifələrindən azad edəcək”, - deyə nəşr qeyd edib.

Xatırladaq ki, ötən ay Nikol Paşinyan Sünik bölgəsinə səfəri zamanı ciddi etirazlarla qarşılanıb. Bundan sonra o, səfəri yarımçıq qoyaraq bölgəni tərk etməyə məcbur olub.(azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026