NATO Baltik dənizində hərbi-dəniz qüvvələrinin iştirakı ilə Baltops-2021 hərbi təlimlərə başlayıb.
Bakıvaxtı.ax xəbər verir ki, bu barədə Almaniya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 18-nə kimi davam edəcək təlimlərdə 40 hərbi-dəniz vasitəsi, 60 təyyarə və 4 minə yaxın hərbçi iştirak edəcək.
Təlimlərə NATO-nun 16 üzvü, Finlandiya və İsveç qatılıb.
















