• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İran dörd ay əvvəl saxladığı neft tankerini sərbəst buraxdı

DÜNYA

09 Aprel 2021 | 12:55

İran dörd ay əvvəl saxladığı neft tankerini sərbəst buraxdı

İran yanvar ayında Fars körfəzində saxladığı Cənubi Koreyaya məxsus “Hankuk Chem” tankerini və onun heyətini sərbəst buraxıb.

Bakıvatxı.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, göyərtəsində 13 heyət üzvünün olduğu gəmi artıq İran limanından çıxıb.

Qeyd edək ki, “Hankuk Chem” gəmisini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri saxlamışdı.

İran hakimiyyəti gəminin Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət etdiyini açıqlamışdı.

Cənubi Koreya və Birləşmiş Ştatlar İranı gəmini dərhal azad etməyə çağırırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026