• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ərdoğan YAP nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB

SİYASƏT

03 Iyun 2021 | 17:13

Ərdoğan YAP nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiya Mərkəzi aparatın rəhbəri Tahir Budaqovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

***

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətini qəbul edəcək.

Bakıvatxı.az-ın məlumatına görə, qəbul AK Partinin qərargahında baş tutacaq.

Qeyd edək ki, YAP nümayəndə heyəti Türkiyədə səfərdədir. T.Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026