• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"KTMT Ermənistan-Azərbaycan sərhədində baş verənlərə qarışmayacaq" - Baş katib

SİYASƏT

03 Iyul 2021 | 14:50

"KTMT Ermənistan-Azərbaycan sərhədində baş verənlərə qarışmayacaq" - Baş katib

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar vəziyyətin kəskinləşməsi "sərhədyanı insident"dir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv müdafiə barədə nizamnaməsinin müddəalarına uyğun deyil.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

O bildirib ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında istifadə oluna bilər:

"Burada isə biz sərhədyanı insidentlə üz-üzəyik, Atışma yoxdur, qurbanlar olmayıb, eskalasiya müşahidə olunmur. Bu, sərhədyanı insidentdir və onu həll etmək lazımdır. Biz dinc yolla həllin tərəfdarıyıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR