• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Paşinyan sülh sazişini imzalamır, çünki..." – RUSİYALI GENERAL AÇIQLADI

SİYASƏT

02 Avqust 2021 | 11:59

"Paşinyan sülh sazişini imzalamır, çünki..." – RUSİYALI GENERAL AÇIQLADI

“Ermənistanın sülh sazişi imzalamamasında bir sıra səbəblər var. Bunlardan birincisi Nikol Paşinyanın seçkilərdə qələbə çalmasına baxmayaraq, ölkədaxili ciddi parçalanmalar var”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi-siyasi ekspert, general Bağır Fətullayev bildirib.

O, qeyd edib ki, Ermənistanda S.Sarkisyan və R.Köçəryan və Paşinyanın partiyaları arasında ciddi mübarizə gedir: “Paşinyanın sülh sazişini imzalaması, onun üçün təhlükəli yeni mərhələ yarada bilər. Ona görə də Paşinyan sülh sazişini imzalayana qədər ictimaiyyəti buna hazırlamalıdır. Bundan əlavə Paşinyan danışıqlar zamanı ABŞ və Avropadan, əsasən də Fransa tərəfindən dəstək ala biləcəyinə əmin olmaq istəyir.  Lakin qeyd edim ki, Paşinyanın bu cəhdi uğursuz olacaq. Çünki Azərbaycanın qələbə çalmasında Rusiyanın marağı var və ona görə də bu məsələyə Rusiya icazə verməz. Həmçinin Azərbaycanın da qətiyyətli mövqeyi var və Azərbaycan bu mövqeyindən bir addım da olsa dönən deyil”.

Ekspertin sözlərinə görə, Paşinyan bu razılıqda daha çox Rusiya və Azərbaycan tərəfdən güzəştlər əldə etmək istəyir: “Onun əldə etmək istədiyi güzəştlərdən biri, Qarabağla bağlı statusdur. Azərbaycan bu məsələ ilə heç vaxt razılaşmayacaq. Bu, mümkün olan bir şey deyil. Digər tərəfdən Ermənistan tərəfi yaranmış iqtisadi Zəngəzur dəhlizi ilə qane olmur və başqa güzəştlər də istəyir. Bu güzəştləri Paşinyan həm də öz mövqelərini gücləndirmək üçün istəyir. Paşinyan Qarabağın status məsələsi ilə razılaşa bilmir. O, birmənalı şəkildə qəbul etməlidir ki, Azərbaycan öz torpaqlarını azad edib və heç bir halda bu, dəyişməyəcək”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026