• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Erməni muzdluları döyüşmək üçün Putinə müraciət etdi

DÜNYA

17 Mart 2022 | 11:14

Erməni muzdluları döyüşmək üçün Putinə müraciət etdi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular indi də Rusiya ordusunun sıralarında Donbasda Ukraynaya qarşı döyüşmək istəyirlər.

Bakıvaxtı.az Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” terror qruplaşması bunun üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Nəşrin məlumatına görə, dəstə başçısı Xaçik Asryan müvafiq məktubu Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə təqdim edib.

Bir müddət əvvəl təşkilatın rəsmi səhifəsində dəstənin “44 günlük müharibədə Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək olan” Ukraynaya qarşı döyüşə hazır olduğuna dair məlumat yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026